Bu türbənin Türkiyədə tayı-bənzəri yoxdur

Türkiyənin Niğde şəhərində Anadolu Səlcuqlu hökmdarı IV Rüknəddin Qılınc Arslanın qızı Xudavənd Xatun (Hüdavent Hatun) tərəfindən inşa etdirilən türbə təxminən 100 ildən sonra bərpa edilərək ziyarətçilərin üzünə açılıb.

718380
Bu türbənin Türkiyədə tayı-bənzəri yoxdur

  Türk mifologiyası, İslamdan əvvəlki ikonoqrafiya və İslamdan sonrakı bir çox elementləri özündə birləşdirən Niğdedəki Hüdavent Hatun türbəsi Səlcuqluların hökmranlıq simvolu olan cüt başlı qartal, aslan, insan başlı humay quşu rəsmləriylə bəzədilib.

  Niğde rayon Mədəniyyət və Turizm müdiri Selçuk Hüseyn Demirtaş Anadolu Selçuklularından qalma memarlıq abidələri arasında xüsusi yer tutan və 1325-ci ildə inşası tamamlanan 700 yaşlı türbənin əsl sənət nümunəsi və göz bəbəyi kimi qorumaq lazım olduğunu dilə gətirib: "İslamdan əvvəl və sonra bu ərazidə olan əsas simvollar bu abidədə öz əksini tapır. Bu türbənin tayı və bənzəri Türkiyədə yoxdur. “Bu türbə Türkiyənin gərdanıdır” desək, yeri var."



Әlaqәli Xәbәrlәr