Azərbaycanlı cazmen “Sen-Jermen-de-Pre” festivalında çıxış edəcək

Fransanın www.francemusique.fr musiqi saytında cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli haqqında məlumat verilərək, onun may ayında Parisdə “Sen-Jermen-de-Pre” caz festivalında çıxış edəcəyi bildirilib.

709678

Ş.Növrəslinin Qafqaz mədəniyyəti və Avropa klassik musiqisindən istifadə edərək xüsusi caz ritmi yaratdığı bildirilib.

Azərbaycan Milli Konservatoriyasını bitirən cazmenin bir çox beynəlxalq caz festivallarında müvəffəqiyyətli çıxışı vurğulanır.

Şahin Növrəslinin bəstələrində Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək Şərq və Qərb mədəniyyətlərini birləşdirdiyi diqqətə çatdırılıb.

Mənbə:AZƏRTAC

Әlaqәli Xәbәrlәr