Naxçıvanda Kətə festivalı keçirilir

Aprelin 8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Kətə festivalının açılış mərasimi olub.

708780
Naxçıvanda Kətə festivalı keçirilir

Aprelin 8-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Kətə festivalının açılış mərasimi olub.

AZƏRTAC-ın məlumatına görə,  festivalda Naxçıvan muxtar respublikasında fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin, kətə istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil edilib.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri” və “Gənclik” instrumental ansambllarının, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Aşıqlar Birliyinin aşıqlarının və “Şərur” Xalq Yallı Ansamblının ifaları festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Kətə festivalı aprelin 9-da davam edəcək.

Qeyd edək ki, ötən il Naxçıvanqalada “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Plov”, “Yallı”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları - Bal” festivalları da keçirilib.

 

 



Әlaqәli Xәbәrlәr