“Qədim türk dastanları” kitabı nəşr olunub
Kitab saka, hun-oğuz, göytürk, uyğur və orta çağ türk dastanlarından seçmələrdən toplandı .

Azərbaycan Milli Elmlər Akademiyasının , Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyinin “Türk dünyası ədəbi abidələri” layihəsi çərçivəsində “Qədim türk dastanları” kitabı nəşr olunub.
Saka, hun-oğuz, göytürk, uyğur və orta çağ türk dastanlarından seçmələrin toplandığı kitabın redaktoru və “Ön söz”ün müəllifi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.
Kitabın nəşr edilməsinin məqsədi türk xalqlarının əski dünyagörüşünü, düşüncə, arzu və istəklərinə uyğun həyat tərzlərini, eyni zamanda, mifik təfəkkürlərindən doğan inanclarını əks etdirən ən qədim dastanların bir əsərdə toplanmasıdır.
Türk xalqlarının birliyinin möhkəmləndirilməsi, onlar arasında mənəvi körpülərin qorunması, milli kökə qayıdış və ortaq dəyərlərimizin gənc nəsil arasında təbliğinə xidmət edən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
mənbə:azertag.az
Әlaqәli Xәbәrlәr

Antalya mәşhur aktrorlara ev sahibliyi edәcәk
Turizmin paytaxtı Antalya Hollywood ulduzlarını qəbul etməyə hazırlaşır.