"174 yaşlı Sultan II Əbdülhəmid və dövrü” sərgisi

Türkiyə Böyük Millət Məclisi (TBMM) Milli Saraylar tərəfindən açılan sərgidə Osmanlı dövlətinin 34-cü hökmdarı Sultan 2-ci Əbdülhəmid dövrünün bilinən və bilinməyən xüsusiyyətləri fotoqraflarla göstərilir.

697471
"174 yaşlı Sultan II Əbdülhəmid və dövrü” sərgisi

  TBMM-nin Muzey və Təqdimat rəhbəri Fahrettin Gün sərginin açılış mərasimində etdiyi çıxışında, muzey tədqiqatçılarla hazırladıqları layihə çərçivəsində Yıldız Şale-nin 1-ci mərtəbəsinin Əbdülhəmid xan Muzeyinə çevriləcəyini qeyd edib.

  Əbdulhəmid xan ilə əlaqəli ətraflı məlumat sahibi olmanın zəruri olduğunu ifadə edən Gün: “Əbdülhəmid xan son dövrlər həm televiziya kanallarında göstərilən seriallarda, həm də media vasitəsiylə gündəmə gətirilir. O və digər tarixi şəxsiyyətlərimizin xalqa təqdimatı yolumuzu işıqlandırır”, - deyib.

  Sərginin təşkil edən Darülacezənin rəhbəri Həmzə Cəbəci isə: "Tarixdən dərs alınmalı və bu səbəbdən Əbdülhəmid xan dövrü hər kəs tərəfindən düzgün başa  düşülməlidir”, - söyləyib. 

  Sərginin qapıları 30 marta qədər gələnlərin üzünə açıq olacaq.



Әlaqәli Xәbәrlәr