Robbi: “O zaman Rusiyanı “Eurovision”da mən təmsil edim"
Bu il 62-cisi keçiriləcək Eurovision Mahnı Yarışmasına ev sahibliyi edəcək Ukraynadan Rusiyaya veto gəldi.
Ukrayna Eurovisionda Rusiyanı təmsil edəcək Yuliya Samoylovanın ölkəyə daxil olmayacağını bildirdi.
Ukrayna Təhlükəsizlik Təşkilatı sədri Vasili Qritsak deyib: “Samoylovanın girişinə qadağanı nəzərdə tutan sənəd hazırdır".
Səbəb Y.Samoylovanın 2015-ci ildə Krımın Rusiya torpağı olduğu ilə bağlı şərhləridir.
Bundan başqa, ümumiyyətlə, Ukrayna qanunlarına görə, Krıma gedən sənətçilər ölkəyə buraxılmır.
Kreml başqa namizədinin olmadığını bildirib.
Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin üzvü Oleq Morozov isə belə olarsa, nə edəcəklərini söyləyib: “Qadağa olmamasına ümid edirəm, çünki başqa cür məsələ absurddur. Amma yasaqlanarsa, Rusiya yarışmanı boykot edəcək, başqa bir variantımız qalmır. İştirakçını dəyişdirmək fikrimiz yoxdur".
Kiyev - Moskva xəttində bu müzakirələr yaşanarkən məşhur ingilis müğənni Robbi Uilyams (Robbie Williams) maraqlı təklif edib: "Onda Rusiyanı “Eurovision”da bu il mən təmsil edim".
Әlaqәli Xәbәrlәr
Müğənni Robbi Uilyams ilk dəfə İstanbulda konsert verəcək
Dünyaca məşhur Müğənni Robbi Uilyams ilk dəfə İstanbulda musiqisevərlərlə görüşəcək.
“Türk Dünyası Ensiklopediyası” hazırlanıb
“Türk Dünyası Ensiklopediyası” tədqiqatçıların və oxucuların istifadəsinə verilib.