Bu il Dünya Teatr Günü münasibətilə ictimaiyyətə İzabel Hupper müraciət edəcək

Hər il martın 27-si Dünya Teatr Günü kimi qeyd olunur.

684549
Bu il Dünya Teatr Günü münasibətilə ictimaiyyətə İzabel Hupper müraciət edəcək

Hər il martın 27-si Dünya Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub.

 Bu il Dünya Teatr Günü münasibətilə ictimaiyyətə Fransanın teatr və kino aktrisası İzabel Hupper müraciət edəcək. Onun müraciəti Beynəlxalq Teatr İnstitutunun saytında dərc ediləcək. Dünya Teatr Gününün rəsmi tədbiri Parisdə keçiriləcək.

Xatırladaq ki, keçən il dünya teatr ictimaiyyətinə müraciət sovet və Rusiya teatr rejissoru, “Dram sənəti məktəbi”nin təsisçisi, Rusiyanın Əməkdar İncəsənət Xadimi Anatoli Vasilyev tərəfindən ünvanlanmışdı.

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr