“Bu festivalda 300 aşıq iştirak edəcək”, S.Şahbazi

İran Aşiqlar Birliyi bir yaşını bu il may ayının 7-də keçirəcək və bu möhtəşəm beynəlxalq festival Dədə Aşıq Ədalət Nəsibovun adına ithaf olunub.

681584
“Bu festivalda 300 aşıq iştirak edəcək”, S.Şahbazi

  Birliyin sədri aşıq Səlcuq Şahbazi bu barədə deyir: “Bu beynəlxalq aşıq festivalında 300 aşıq iştirak edəcək. İfalar arasında canlı saz korifeyi Dədə Ədalətin şəninə yazılan şerilər də olacaq. İran Aşıqlar Birliyinin bütün şöbələrindən aşıqlar tədbirə təşrif buyuracaq və hər şəhərə ifa üçün yerlər veriləcək. Dədə Ədalətin adına keçirilən festivalda İranın Tehran, İslamşəhr, Kərəc, Zəngan, Qum, Həmədan, Savə, Ərak, Qaşqay türkləri aşıqları, Xorasan, Qəzvin, Miyava, Zərgər, Təbriz, Mərənd, Urmiya, Qaradağ, Parsabad (Muğan) və Ərdəbil şəhərlərindən, o cümlədən Azərbaycan, Gürcüstan və Türküyə respublikalarından ustad aşıqlar gələcək və öz ifalarını təqdim edəcəklər. Bu festivalda iştirak və ifa edən aşıqlara Dədə Ədalət Diplomu veliləcək. Festivalımız həm də bütün media qurumlarına, radio və televiziyalara açıqdır.”

  İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazi bütün azərbaycanlılara üzünü tutaraq deyir: “Hər birinizdən təmənna edirəm ki, bu İran Aşiqlar Birliyini tək və kimsəsiz qoymayın: gəlin, işlərimizi görün, dəstək olun. Çünki Azərbaycan aşıq ədəbiyatı və mədəniyyəti hamımızındır”.

  Qeyd edək ki, aşıq Səlcuq 1962-ci ildə İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərinin Ağcaqışlaq kəndində anadan olub, 1975-ci ildən ailəsiylə birlikdə paytaxt Tehrana köçüb. 1989-cu ildə Dədə Qorqud Aşıqları kollektivini yaradıb. 7 il çalışdığı İranın radio və televizya qurumunda aşıq musiqisini rəsmiləşdirib. İlk “El səsi” şeir kitabı 2005-ci ildə çıxıb. Sonra onun “Aşıq dastanları”, ”İran aşıqları və ədəbiyyatı” kitabları işıq üzü görüb. Aşıq sənətində 7 aşıq havasının yaradıcısıdır.  2016-cı ilin mayında Tehranda yaradılan İran Aşıqlar Birliyinin qurucusu və sədridir. Birlik bir il boyu dörd beynəlxalq festival (Dədə Şəmşir Festivalı, Aşıq Abbas Tufarqanlı Festivalı, Haqq və Dədə Aşıq Ələsgərin Festivalı) təşkil edib və kiçikli-böyüklü aşıq-saz tədbirləri keçirib. Eyni zamanda, İran Aşıqlar Birliyi qrupları bir sıra ölkələrdə - Azərbaycan, Türkiyə, Belçika, Avstriya, Kanada, Almanıya, Qazakıstan, Ozbəkistan, Dağıstan (Rusiya), Hollandiya, Malaziyada konsert proqramlarıyla çıxış ediblər.  



Әlaqәli Xәbәrlәr