Tarixin ən diqqət çəkən dövrü "Payitaht Abdülhamid" serialı ilə ekranlara çıxır

“TRT-1” kanalının yeni serialı “Payitaht Abdülhamid” 24 fevralda ekranlarda.

677929
Tarixin ən diqqət çəkən dövrü "Payitaht Abdülhamid" serialı ilə ekranlara çıxır
payitaht.jpg
payitaht, abdulhamit han.jpg

“TRT-1” kanalının yeni serialı “Payitaht Abdülhamit” 24 fevralda ekranlara çıxmağa hazırlaşır. Osmanlı İmperiyasının hakimiyyətini davam etdirmə mübarizəsinin tarixə damğasını vurduğu və 1876-cı ildə oturduğu taxtda 33 il hökm sürərək, bu çətin prosesi “Ulu Xaqan” ünvanı ilə gücləndirən Sultan Əbdülhəmid Xanın həyatının son 13 ilinin qələmə alındığı “Payitaht Abdülhamid” serialı nəhəng kadrı və “ES Film” imzası ilə “TRT-1” ekranlarında start alacaq.

Serialın rejissoru Serdar Akardır, Sultan Əbdülhəmid Xan xarakterini ise Bülənd İnal canlandıracaq. 

Serialın əsas mövzusu: Mübarizə!

Serial 1896-cı ildə Sultan Əbdülhəmidin padşahlığının 20-ci ilindən tutmuş o dövrə damğasını vuran önəmli hadisələri ekrana gətirəcək.

Serialda uzun müddət sonra Osmanlının zəfəri ilə nəticələnən bir hərb : "Yunan hərbi" də əks etdiriləcək.

Birinci Sionist Konqresi ilə Sultandan istənən Fələstin torpaqları Padşahın sonunadək vermədiyi və stoldan düşmənin məğlubiyyət ilə durduğu bir dövr olaraq ekranlarda olacaq.

Yenə Sultanın uğurlu olduğu önəmli bir layihə, Hicaz dəmir yolu fəaliyyətləri və bundan əlavə "Payitaht Abdülhamid" serialında yer alacaq digər önəmli tarixi hadisələr arasındadır.

Sultan Əbdülhəmid Xan ilə birlikdə ölkənin mübarizəsinə şahidlik edərək, bugünə gətirilib çıxarılan güclü bir millətin övladlarına və gələcək tariximizə ərmağan xüsusiyyətində təqdim etməyi vəd edən serial "Mübarizə" əsas teması ilə ekranlara çıxacaq.

Baş rollarda Bülənd İnal, Özləm Conker, Sələn Öztürk, Akın Akınözü, Əzgi Əyüboğlu, Hakan Boyav, Saygın Soysal, Umut Kurtun yer alacağı serialın 50-yə yaxın əsas  oyunçu kadrı olmaqla əlavə oyunçularla yanaşı 400-500 nəfər serialın hissələrində rol götürəcək. Bəzən Türk kinosunun usta aktyor və aktrisalarını da serialda görmək mümkün olacaq. Serialda 120 nəfərdən ibarət texniki işçi vəzifə öhdələnəcək. 



Әlaqәli Xәbәrlәr