İranda qadın rejissor olmaq

“Mən İsmətəm” filminin rejissoru Leyla Novruzi TRT “Türkiyənin səsi” radiosuna eksklüziv müsahibə verdi.

676066
İranda qadın rejissor olmaq

Leyla Novruzi: “Mən 1989-cu ildə İranın Ərdəbil əyalətinin eyni adlı şəhərində dünyaya gəlmişəm. 15 yaşımdan incəsənət sahəsi məni özünə çəkib. Hekayələr yazırdım. Artıq üç kitabım çap olunub bu günə qədər: ikisi şeir, biri hekayələrimdən ibarətdir.

  Mən insanlara danışmaq və insanlarla danışmaq üçün kinonu seçdim. Bura qədər çox qısametrajlı filmdə rol da aldım, amma ikisini özüm çəkmişəm və bir neçə mukafata layiq görülmüşəm.

  Hər sənətin öz qücü var ki, insan onunla dünyaya mesaj vermək istəyir. İncəsənətin kino dili də insanların ürəyinə yatır. Bir də, kino bizim üçün incəsənətdən başqa ehtiyacımızı da təmin edir: həm röyalarımızı, həm də real cəmiyətimizi, tariximizi, mədəniyyətimizi, problemlərimizi onunla dünyaya göstərə bilirik.  

  Mən bir qadın olaraq və bu cinsi yaxşı tanıdığım üçün qəhrəmanlarımı qadın seçirəm. Mövzülar öz ətrafımda olan hadisələrdən ibarətdir. Çalışıram  sosial sujetlərə qlobal baxışla baxam. İstəyim budur ki, tamaşaçı filmimə baxaraq təkcə qadın cinsi və ya bir ölkə, bir vilayəti deyil, öz yerlərində olan bənzər ağrıları görsün, sözləri eşitsin, onda həm özünu, həm də diğər xalqları görə bilsin. Buna görə sosial mövzuları sevirəm. Məsələn, “Mən İsmətəm” filmi. Onun çox önəmli cəhətləri var: həm Azərbaycan dilində çəkilib, həm də əsas qəhrəmanı qadındır və üstəlik o, küçə heyvanlarının qayğısına qalır. Film tamaşaçılara da təsir etdi. Belə qadınlara xalqın fikri dəyişməli və onlara qarşı şiddətlər azalmalıdır.

  Mən İrandan başqa Türkiyədə də film festivallarında iştirak etmişəm. İstanbul İpək Yolu Festivalında Münsiflər Heyətinin Xüsusi Mükafatına layiq görülmüşəm. Amma mənimçün ən əsas olan xalqımın məni və filmlərimi necə qarşılamasıdır. Çünki mən filmlərimi xalqımın sosial problemlərini işıqlandırmaq üçün çəkirəm.”

  Mart ayının 10-unda İranın paytaxtı Tehranda Parvine Etisami Qadın Filmləri Festivalı olacaq. 12 ildir təşkil edilən festivalda İran qadın kino rejissorlarının qadın movzusunda çəkdiyi filmlər göstəriləcək.  

  Qeyd edək ki, festival Azərbaycanlı şairə Pərvin Etisaminin (16.03.1907, Təbriz – 06.04.1941, Tehran) adını daşıyır. Onun yazdığı bütün şeirlər o zamankı İranın gündəlik problemləri, onların həlli yolları, qadınların acınacaqlı taleyinə həsr olunub.  

  Parvine Etisami Qadın Filmləri Festivalında əsli Ərdəbildən 3 Azərbaycanlı qadın rejissor iştirak edəcək, Haydə Muradi “Qarlı damlar”, Leyla Əhədi “Ətirşahın qışı” və Leyla Novruzi “Mən İsmətəm” filmlərilə.



Әlaqәli Xәbәrlәr