Azərbaycanın məşhur rejissoru Şahin Zəkizadə vəfat etdi

Tanınmış rejissor xərçəngə məğlub oldu və dünən fevralın 16-da həyatla vidalaşdı.

674553
Azərbaycanın məşhur rejissoru Şahin Zəkizadə vəfat etdi

Bir müddətdir qan xərçəngindən əziyyət çəkən Azərbaycanın istetadlı rejissoru Şahin Zəkizadə dünən dünyasını dəyişdi.

Rejissorluq fəaliyyətinə reklam və klip çəkilişləri ilə başlayan Şahin Zəkizadə 5 mart 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. O, görkəmli aktyor və rejissor Əlisəttar Məlikovun nəticəsi idi. 

Mədəniyyət və İncəsənət Universitetindən məzun olaraq təhsilini Moskvada kino üzrə davam etdirən Şahin Zəkizadənin məşhurlaşmasında 2003-cü ildə çəkdiyi "Dünənə ehtiramla, sabaha ümidlə" və Əminə Dilbazidən bəhs edən "Tənha bülbülün rəqsi" sənədli filmləri və 2015-ci ildə rejissoru və ssenari müəllifi olduğu "100 Kağız" filmi əhəmiyyətli rol oynayıb.

Bu gün hələ neçə gözəl əsərlər yarada biləcək gənc və istedadlı rejissorun dəfn mərasimidir.

Mərhum Maştağada "Seyidlər" qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin.



Әlaqәli Xәbәrlәr