“Tarixi şəkillərdə qədim Qüds” sərgisi

Yunus Əmrə İnstitutu tərəfindən Qüds Mədəniyyət Mərkəzində “Tarixi şəkillərdə qədim Qüds” sərgisinin açılışı olub.

672671
“Tarixi şəkillərdə qədim Qüds” sərgisi

Yunus Əmrə İnstitutu tərəfindən Qüds Mədəniyyət Mərkəzində “Tarixi şəkillərdə qədim Qüds” sərgisinin açılışı olub.  

Sərgidə ümumilikdə 34-cü Osmanlı padşahı 2-ci Əbdülhəmidin albomundakı Qüds şəkilləri yer alıb.

İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzinin (IRCICA) dəstəyi ilə təşkil edilən tədbirdə Türkiyənin Qüds baş konsulu səfir Gürcan Türkoğlu, IRCICA-ın direktoru Halid Ərən, Fələstin hökümətinin Qüds işləri üzrə naziri Adnan əl-Hüseyni, Əl-Əqsa vəqfinin sədri Azzam Hatip, sabiq Qüds müftisi və Əl-Əqsa məscidinin natiqi Şeyx İkrimə Sabri, Qüds vəqflər və İslam Mukadəssatı Şurasının  sədri Əbdül Səlhab, Yunis Əmri İnstitutu Qüds Türk Mədəniyyət Mərkəzinin müdiri İbrahim Furkan Özdəmir və xeyli sayda fələstinli jurnalist iştirak edib.

Fələstinlilərin rəğbətlə qarşıladığı və 3 gün müddətində açıq olacaq sərgidə 19-cu əsrin sonu ilə 20-ci əsrin əvvəllərinə məxsus Qüdsü əhatə edən şəkillər nümayiş etdirilir.



Әlaqәli Xәbәrlәr