London, BAFT mükafatları mǝrasiminǝ ev sahibliyi etdi

İngilis Film və Televiziya Sənətləri Akademiyası BAFTA mükafatlarının 70-si İngiltərənin paytaxtı Londonda təşkil edilən görkəmli mərasimlə sahiblərinǝ tǝqdim edilib.

670969
London, BAFT mükafatları mǝrasiminǝ ev sahibliyi etdi

"La La Land (LA LA lend)" adlı film, bir çox nominasiyada mükafata layiq görülüb.

Kino dünyasının mǝşhur simalarını bir araya gǝtirǝn mərasimə, Böyük Britaniya Şahzadəsi William ilǝ xanımı Kate dǝ qatılıb.

İngilis Film və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən mükafatların bu ilki ulduzu, Amerika istehsalı "La La Land (Aşıklar Şəhəri)" adlı film olub. Bu ən yaxşı film mükafatına layiq görülüb.

Filmin baş rol aktrisası Emma Stone isǝ ən yaxşı aktrisa mükafatı ilǝ teltif edilib. Film, ən yaxşı rejissor, ən orijinal musiqi və ən yaxşı kinematoqrafiya nominasiyalarında da mükafat qazanıb.

Amerikalı aktyor Casey Affleck isə (Həyatın Sahilində) filmində sǝrgilǝdiyi performansına görǝ ən yaxşı aktyor mükafatının sahibi olub. Filmǝ ǝn Orijinal Ssenari mükafatı tǝqdim edilib.

Məşhur İngilis rejissor Ken Loach (KEN loc) imzalı "Mən, Daniel Blake" isǝ ən yaxşı İngilis filmi mükafatının sahibi olub.

Ən Yaxşı Köməkçi aktyor mükafatını, Dev Patel, ǝn Yaxşı Köməkçi aktrisa mükafatını isǝ Viola Davisin qazanıb.

Ən Yaxşı sǝnǝdli film mükafatı isǝ 13-cü adlı sǝnǝdli filmə tǝqdim edilib.

Hər il Oscar mükafat mərasimindən iki həftə əvvəl verilən BAFTA mükafatları, kimin Oscara layiq görülǝcǝyi siqnalını verir.



Әlaqәli Xәbәrlәr