“Konsertdə üç yeni əsər də təqdim olunacaq”, M.İsmayılova

Ankarada Sevgililər günündə Azərbaycan mahnıları da oxunacaq, Görkem Ezgi Yıldırımın ifası və pianoçu Məlahət İsmayılovanın müşayətilə.

670533
“Konsertdə üç yeni əsər də təqdim olunacaq”, M.İsmayılova

  Koloratur (incə səsli) soprano sənətkarı Görkem Ezgi Yıldırım 14 fevral Sevgililər Günündə Türkiyənin paytaxtı Ankaranın Erimtan Muzeyində möhtəşəm konsert verəcək.

  Sevənlərə həsr olunan konsertdə o, dünyanın ayrı-ayrı dillərində sevgi mahnıları oxuyacaq. Konserti pianinoda Məlahət İsmayılova müşayət edəcək.

  Konsert proqramında Vivaldidən Şubertə, Çaykovskidən Erdenerə qədər müxtəlif bəstəkarların lirik musiqiləriylə yanaşı Türk xalq mahnıları da səslənəcək.

  Ankara Dövlət Opera və Balet Teatrının vokal sənətçisi, Avropa və Türkiyə opera səhnələrində əsasən baş rolların ifaçısı, mükafatlar sahibi Görkem Ezgi Yıldırım İtaliyadan Yaponiyaya qədər çox ölkədə muqisi turlarında çıxış edib.

  Pianoçu Məlahət İsmayılova da Ankara Dövlət Opera və Balet Teatrında çalışır, Azərbaycanlıdır. Bülbül adına orta ixtisas musiqi məktəbini və sonra Bakı Musiqi Akademiyasını bitirib. Bir müddət Samqun Opera və Balet Teatrında çalışıb. 2008-ci ildə Azərbaycan Əməkdar Artisti adını alıb.

  Azərbaycan, Türkiyə, Gürcüstan, Fransa, İtaliya, İsveçrə kimi bir çox ölkələrdə solist və əsas müşayətçi pianoçu kimi çıxışlar etmiş Məlahət İsmayılova keçiriləcək 14 Fevral konsert proqamıyla bağlı söylədi:

  “Konsertdə Türkiyənin tanınmış vokal sənətçisi Görkem Ezgi Yıldırım həm də Azərbaycan mahnıları oxuyacaq. Burada Tofiq Quliyevin “Axşam”, Vasif Adıgözəlovun “Qərənfil” mahnıları səslənəcək. Eyni zamanda, bu konsertdə əvvəllər heç yerdə oxunmamış 3 yeni əsər də təqdim olunacaq tamaşaçılara: Turqay Erdenerin “Yer çekimli karanfil”, gənc bəstəkar Orhan Veli Özbayrakın “Biri var ki” və mənim bəstələdiyim “Səni yaşamaq” mahnılarımız.”



Әlaqәli Xәbәrlәr