TRT-nin sənədli film mükafatlarına maraq artır

2017 TRT sənədli film müsabiqəsinə  78 ölkədən 665 müraciət olunub.

669742
TRT-nin sənədli film mükafatlarına maraq artır

TRT, 9 ildir milli və beynəlxalq sahədə sənədli filmlərə dəstək verməkdə davam edir.

Tələbə, Professional və Beynəlxalq nominasiyalarda TRT tərəfindən verilən sədədli film mükafatlarına maraq hər il daha da artır.

2016 TRT sənədli film mükafatları üçün 47 ölkədən 427 sənədli qatılarkən, bu rəqəm cari ildə 78 ölkədən olmaqla 665-ə çatıb.

Müsabiqəyə qatılan sənədli film seçmələrinin nəticələri 27 Fevralda açıqlanacaq.

Finala vəsiqə qazanan sənədli filmlər, 11-14 May tarixləri arasında İstanbulda  nümayiş  etdiriləcək. Mükafatlar isə 15 Mayda təqdim ediləcək.



Әlaqәli Xәbәrlәr