Bakıda türk milli geyiminin möhtəşəm defilesi keçirilib

Bakıdakı “Fairmont Hotel”də Bakı Yunus Əmrə İnstitutu, Ankara Olqunlaşma İnstitutu, Gülnarə Xəlilovanın Moda Evi və Qazaxıstanın Qadın Moda Agentliyinin təşkil etdiyi “Ənənələrdən müasirliyədək” adlı Türk qadın geyiminin nümayişi keçirilib.

636433
Bakıda türk milli geyiminin möhtəşəm defilesi keçirilib

Bakıdakı “Fairmont Hotel”də Bakı Yunus Əmrə İnstitutu, Ankara Olqunlaşma İnstitutu, Gülnarə Xəlilovanın Moda Evi və Qazaxıstanın Qadın Moda Agentliyinin təşkil etdiyi “Ənənələrdən müasirliyədək” adlı Türk qadın geyiminin nümayişi keçirilib. Məlumatına görə, tədbirə görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri qatılıblar.

Tədbirin açılışında çıxış edən Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım və Milli Məclisin deputatı Qənirə Paşayeva layihəyə yüksək qiymət verərək türk milli dəyərlərinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, türk dünyasının tanınmış dizaynerlərinin iştirakı ilə keçirilən belə tədbirlər mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsinə, eləcə də milli geyimin təbliğatına xidmət edir.



Әlaqәli Xәbәrlәr