İran festivalında Azərbaycan filmləri də göstərildi

Yaxınlarda İranın paytaxtı Tehranda “Sinema həqiqət” (“Gerçək film”) Beynəlxalq Sənədli Film Festivalı keçirildi.   Festivalda İran, müxtəlif ölkələr, o cümlədən Azərbaycan rejissorlarının filmləri də təqdim edildi.

628620
İran festivalında Azərbaycan filmləri də göstərildi

  Bir neçə bölümdən ibarət festivala beynəlxalq nominasiya üzrə İmaməddin Həsənovun “Müqəddəs inək” (“Holly cow”) filmi də təqdim olunmuşdu.

  Bu film mükafat almasa da, Azərbaycan milli kinematoqrafiyası üçün yenilik sayılır.    

  Yarısənədli, yarı bədii “Müqəddəs inək” filmindəki hadisələr də, qəhrəmanlar da gerçəkdir, sadəcə bəzi hadisələrin gedişi tənzimlənib. Filmin qəhrəmanı Avropa inəyi almaq istəyən bir kəndlidir. Ailəsi və kənddə heç kəs onun ideyasını bəyənmir, ona qarşı çıxır. Amma qəhrəman ruhdan düşmür.  

  Film bir insanın yeni ideyasını reallaşdırmaq uğrunda yaşadığı çətinliklərə, maneələrə rəğmən mübarizə əzmindən bəhs edir. Sadə, sıradan bir adamın arzusu, həm də ənənəvi olmayan arzusu reallaşa bilərmi?

  Maraqlıdır ki,filmdə musiqidən istifadə olunmayıb.

  Tehran festifalında ərdəbilli iki rejissorun da filmləri göstərilib ki, bunlardan biri rejissor Həsən Qəhrəmaninin “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyası üzrə namizəd “Vilgic” sənədli filmi olub. Qeyd edək ki, Vilgic Ərdəbildə bir meşənin adıdır.

    İkinci film isə xanım rejissor Leyla Əhədinin “Ətirşahlarln qışı” filmi idi ki, burada qızların çox kiçik yaşda ərə verilmə problemindən bəhs olunur.  



Әlaqәli Xәbәrlәr