Azərbaycanın təşəbbüsü ilə Lavaş çörək bişirmə ənənəsi YUNESKO-nun siyahısında
Lavaş çörək bişirmə ənənəsi "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi.

Lavaş çörək bişirmə ənənəsi "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi.
2016-cı ilin 28 noyabr- 2 dekabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən YUNESKO-ya birgə təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Azərbaycan Mədəniyyət Nazirliyinin internet səhifəsinə yer tutan məlumata əsasən, YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı YUNESKO Hökumətlərarası komitəsinin cari ilin 30 noyabr tarixində keçirilmiş sessiyasının qərarı ilə qəbul edilmişdir.
Sözügedən nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliklərinin, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, YUNESKO üzrə Milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilmişdir.
Çörək bişirmə mədəniyyətinin Azərbaycanın təşəbbüsü ilə çoxmillətli ənənə kimi YUNESKO-nun Qeyri-maddi mədəni irsin Representative siyahısına verilməsində məqsəd mədəniyyətin birləşdirici, xalqlar və millətlər arasında paylaşılma gücünü nümayiş etdirərək ölkələr və xalqlar arasında tarixi bağlılığı, əməkdaşlığı eyni zamanda nominasiyanı birgə təqdim edən ölkələrin YUNESKO-nun və beynəlxalq hüququn ali prinsiplərinə etimadını birdaha sübut etmiş oldu.
YUNESKO ilə əməkdaşlığın inkişafında və ölkənin mədəni irsininin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşəramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda Lavaş bişirmə və paylaşma ənənəsindən başqa Lahıc misgərlik sənəti, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.
Qeyd edək ki, Türkiyənin də Meddahlıq ənənəsi, Mövləvi səma mərasimləri, Aşıqlıq ənənəsi, Qaragöz, Novruz bayramı, Ənənəvi söhbət məclisləri, Ələvi-Bəktaşi mərasimi "Semah", Qırxpinar yağlı gürəş festivalı, Ənənəvi mərasim keşkeyi, Məsir məcunu festivalı, Türk qəhvəsi və ənənəsi ilə "Ebru" sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında yer almışdır.
Әlaqәli Xәbәrlәr

Ulu Came - Kəbir məscidi qapılarını ziyarətçilərinə açdı
Məscidin tikildiyi tarix və memarı haqqında dəqiq məlumat yoxdur, amma təxmin edilir ki...