Xınalıq kəndi “Voyage” televiziya kanalında

“voyage.fr” saytında Azərbaycanın  turizm imkanları

615058
Xınalıq kəndi “Voyage” televiziya kanalında

Fransanın “voyage.fr” saytında Azərbaycanın  turizm imkanlarını əks etdirən “Macəra ovçuları: Azərbaycan” adlı video yayımlanıb.

Turizm üzrə tanınan Smatti İssa bu dəfə Quba rayonunun Xınalıq kəndində macəra axtarır.

 Xınalığa gələn çəkiliş qrupu gördükləri mənzərəyə heyranlıqlarını gizlədə bilmirlər.

Smatti İssa dağlıq zonada yaşayan insanların qonaqpərvərliyini xüsusi vurğulayır, onların gündəlik həyatını əks etdirir. Xalqdan gördüyü istiqanlılıqdan danışan İssa bu gün öz ölkəsində bu cür dəyərlərin olmadığına təəssüflənir.

Sənədli film “Voyage” televiziya kanalı vasitəsilə yayımlanıb.

AZƏRTAC


Etiketlәr: #Xınalıq kəndi

Әlaqәli Xәbәrlәr