Bahalı toy mǝrasiminǝ xalq reaksiya göstǝrib

Hindistanda keçmiş Dövlət naziri Qali Janardhana Reddynin qızı Brahmaninin 5 gün 5 gecə davam edəcək olan toy mǝrasimi iqtisadi çətinliklǝ pǝncǝlǝşǝn xalqın reaksiyasına sǝbǝb olub.

611956
Bahalı toy mǝrasiminǝ xalq reaksiya göstǝrib

Ölkə mətbuatının mǝlumatına görǝ, Bollywood ulduzlarının qatılacağı toy mǝrasimi üçün 74 milyon dollar xǝrclǝnǝcǝyi tǝxmin edilir.

LCD ekranlı qızıl örtməli toy dǝvǝtnamǝlǝrindǝ, Brahmaninin göz oxşayan geyimli  fotoşǝkili  ilǝ  5 ağ atın müşayiǝt etdiyi nişanlısı Rajeevin fotoşǝkili ǝks edib.

Toy  mǝrasimi  üçün Banqalore Sarayında aylardan bǝri hazırlıqlar aparılır.  Sarayın  daxilindǝ Hindistanın keçmiş məbədlərinǝ bǝnzǝyǝn mǝkanlar yaradılır.

Sarayın girişində lüks faytonlarla qarşılanacaq  olan qonaqlar,saraya daxil olarkǝn möhtǝşǝm dekorǝ   edilmiş   bölmǝyǝ daxil    olacaqlar.

Mǝlumata görǝ Brahmaninin cǝvahiratı üçün 10 milyon, gəlinliyi üçün dǝ 2 milyon dollar xǝrclǝnib. Ölkǝ xalqına görǝ bu qǝdǝr bahalı toy mǝrasimi tǝşkil etmǝk zənginliyin iyrənc formada sərgilənməsidir.



Әlaqәli Xәbәrlәr