Qədim dövrün ən köhnə kahinlik mərkəzlərindən “Klaros”

İzmir vilayətinin Məndərəs qəsəbəsində qədim dövrün ən köhnə kahinlik mərkəzlərindən biri olan “Klaros” inanc turizmi mərkəzinə çevrilir.

610504
Qədim dövrün ən köhnə kahinlik mərkəzlərindən “Klaros”

İzmir vilayətinin Məndərəs qəsəbəsində qədim dövrün ən köhnə kahinlik mərkəzlərindən biri olan “Klaros” inanc turizmi mərkəzinə çevrilir.

Klarosdakı qazıntıda əldə edilən qalıqlar inanc turizminin inkişafına töhfə verir.

Qazıntı fəaliyyətlərinin sədri Prof. Nuran Şahin verdiyi açıqlamada 1907-ci illərdə kəşf edilən Klarosda qazıntı işlərinin fasilələrlə davam etdiyini söyləyib.

Onun verdiyi məlumata  əsasən Klaros qədim dövrün ən qədim kahinlik və həmin zamanda bütpərəstliyin mərkəzləri arasındadır.

Mərkəzin eradan əvvəl 13-cü əsrdə Miken mədəniyyəti dövründə qurulduğu güman edilir.  Həmçinin xristianlığın yayğınlaşdığı 4-cü əsrə qədər bu inancın ən önəmli mərkəzi olub. Klaros Yunanıstandakı Delphi və Didyma kahinlik mərkəzləri ilə dünyada bu sahədəki ən önəmli üç mərkəzdən biridir.

Klaros tarixdə daşıdığı əhəmiyyətinə görə hər il minlərlə turist cəlb edir. Mərkəzi dini inamlarına görə ziyarət edənlər də olur. Xüsusilə ABŞ-dan “Yeni Apollançular” adı ilə (rahiblər) gələn bəzi qruplar var. Apollonun burdakı kahinlərinə və manyetik enerji olduğuna inanırlar. Bundan başqa kuantumla əlaqəli inamlara sahib insanlar da mərkəzi ziyarət edir. Ziyarətçilər ümumilikdə qadınlardan ibarətdir.  



Әlaqәli Xәbәrlәr