Fransa, “16-cı Əsrin dahisi Matrakçı Nasuh Sərgisinǝ” ev sahibliyi edir

Osmanlı sənətkarı Matrakçı Nasuhun şair, xəttat və nəqqaşlıq  kimi  sahib  olduğu  vǝsiflǝrini  göstǝrǝn “16-cı Əsrin dahisi Matrakçı Nasuh Sərgisi” Fransanın paytaxtı Parisdǝ açılıb.

598923
Fransa, “16-cı Əsrin dahisi Matrakçı Nasuh Sərgisinǝ” ev sahibliyi edir

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı binasındakı sərgininin açılış mǝrasiminǝ YUNESKO-nun baş direktoru İrina Bokova ilə Mədəniyyət və Turizm Naziri Nabi Avcı qatılıb.

Nazir Avcı mǝrasimdǝ etdiyi çıxışında iki gün əvvəl ‘Mədəniyyətlər Arası Mozaika Yolunu Kəşf Layihəsi’ ilǝ, bu gün isǝ 16-cı əsrdə Osmanlı İmperatorluğunda yaşamış Matrakçı Nasuhun sənət, xəttatlıq və şairlik vǝsiflǝri ilǝ tanış olduqlarını ifadǝ edǝrǝk: “Matrakçı Nasuh tarixin gizli qalmış dahilǝrindǝn biridir. 16-cı əsrdə yaşamış məşhur bir Osmanlı filosofu, riyaziyyatçısı və tarixçisi olan Matrakçı Nasuh, eyni zamanda idmançı, şair, rəssam, xəttat və miniatür sənətçisi, mühüm bir elm və sənət insanıdır”.

YUNESKO-nun baş direktoru İrina Bokova da çıxışında Türk mədəniyyətinin zənginliyinə diqqǝt çǝkib. Matrakçı Nasuhun çox istiqamətli bir sənətçi olduğunu vurğulayıb.

Qeyd edǝk ki, sərgi, dekabr ayında Vaşinqtondakı “İslam Əsərləri Muzeyindǝ” sərgilənəcək.

 



Әlaqәli Xәbәrlәr