Türk serialları, Hindistanda da böyük bir maraqla izlənilir

Mədəniyyət və Turizm nazirinin müavini Hüseyn Yaymaq, Türkiyənin “qonaq ölkə” olaraq iştirak etdiyi “Sayca 18-ci Mumbai Film Festivalı”na  münasibǝt bildirib.

597249
Türk serialları, Hindistanda da böyük bir maraqla izlənilir

Mǝdǝniyyǝt vǝ Turizm Nazirliyinin Türk kinosunun və seriyal sektorunun inkişafı vǝ daha çox izlənilməsi üçün lazımlı addımları atmaqda hazır olduğunu ifadǝ edǝn Yaymaq Türk kinosuna, sənətçilərinǝ və seriallarına marağın bu qǝdǝr ciddi vǝ böyük olmasını yüksǝk qiymǝtlǝndirdiklǝrini, bundan fǝxr etdiklǝrini qeyd edib.

Yaponiyada da ən çox izlənilən serialların, Türk serialları olduğuna diqqəti çəkən Yaymaq; “İspaniya, Latın Amerika ölkǝlǝrinǝ sǝfǝrlǝrimiz zamanı Türk serialları ilǝ ǝlaqǝli bir çox sual ilǝ qarşılaşırıq. Bu Türkiyənin 'soft power'nın (yumşaq gücünün) yüksəlişini göz önünǝ sǝrir. Anadolu, dinlər, dillər və mədəniyyətlərin birləşdiyi coğrafiyadır. Bu ǝrazilǝrdǝ hititlərin, Urartuların, Likyalıların, Romalıların, Səlcuqlu və Osmanlının izlǝri var. Bu qǝdǝr zǝngin mədəniyyəti eyni anda dünyanın heç bir yerində görmǝk mümkün deyil. Anadolunun gözəlliklǝrini, tarixini, qardaşlıq və sülh mesajını dünyanın hǝr tǝrǝfinǝ çatdırmalıyıq” deyə vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr