Washingtonda "Qurani-Kərim Sənəti:Türk və İslam Əsərləri Muzeyinin Xəzinələri" sərgisi keçirilir
Əsrlərin əlyazma Qurani - Kərimləri Amerika Birləşmiş Ştatlarında nümayiş olunur.




ABŞ-ın paytaxtı Washington "Qurani-Kərim Sənəti: Türk və İslam Əsərləri Muzeyinin Xəzinələri" sərgisinə ev sahibliyi edir.
47 əlyazması olan Qurani-Kərim ilk dəfə ABŞ-da sərgilənir.
Mədəniyyət və Turizm Nazirliyinin himayəsi ilə keçirilən sərgi Türk Hava Yolları, Koç Holdinq və Doğan Holdinq tərəfindən dəstəklənir.
Tədbirin təşkilatçısı dünyanın ən böyük mədəniyyət ocaqlarından olan Smithsonian İnstitutudur.
Sərgidə Əfqanıstandan İstanbula qədər geniş bir coğrafiyada tamamilə əlyazması olan Qurani - Kərimlər yer alır.
VIII əsrdən XVII əsrə qədərki dövrdə yazılmış bu əsərlər İslam sənətinin möhtəşəmliyini əks etdirir.
Әlaqәli Xәbәrlәr

Antalya mәşhur aktrorlara ev sahibliyi edәcәk
Turizmin paytaxtı Antalya Hollywood ulduzlarını qəbul etməyə hazırlaşır.