"Bordo Beretlilər 15 İyul Qanlı Yuxu" filmi ekranlara gəlir

Türk xalqının 15 iyul dövlət çevrilişinə qarşı uğurlu müqaviməti barədə film çəkilir.

593661
"Bordo Beretlilər 15 İyul Qanlı Yuxu" filmi  ekranlara gəlir

Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyuldakı qanlı dövlət çevrilişi cəhdi "Bordo Beretlilər 15 iyul Qanlı Yuxu" filmi ilə ekranlara gəlir.
 
 Baş rollarda Yeşim Salkım, Orxan Kılıç, Orxan Milli və Gizəm Salkımın oynayacağı filmdə çevriliş gecəsi xuntaya müvəffəqiyyətlə qarşı çıxan  Türkiyə Xüsusui Təyinatlı Qüvvələrinin (ÖKK) əsgərləri - "bordo beretlilər"in və küçələrdə tanklara qarşı bədənini sipər edən xalqın mübarizəsi tamaşaçılarla paylaşılacaq.
 
 Filmin ssenari müəllifi Coşqun Gündoğdu  çevrilişlərin açdığı yaraların izlərinin illərlə davam etdiyini bildirərək: "15 iyulda oxşar bir kədəri yaşamaq istəməyən xalq və dövlətinə sədaqət nümayiş etdirən əsgərlər xuntaya sinəsini sipər edərək tarixi bir demokratiya qələbəsi qazandılar. Bu zəfərin  görüntülərinin gələcək nəsillərə ötürülməsi lazım idi. Bunun üçün bu filmi çəkməyə qərar verdik.
 Film xalqın çevrilişə qarşı tarixi müqaviməti ilə başlayır, vətənpərvər "bordo beretliər"dən ibarət kiçik birliyin Suriyada yaşadıqları çətinlikləri ilə davam edir. kapitan Mehmetin başçılıq etdiyi qrupun şəxsiyyətini gizlətməyə nail olmuş xuntaçı  polkovnikin manipulyasiyası ilə kəşfiyyat toplamaq üçün getdikləri Suriyada əsir düşən əsgər yoldaşlarını xilas etmək, terror təşkilatını dağıtmaq və xain polkovnikin oyununu pozmaq üçün apardığı mübarizə ilə bitir" dedi.
 
 Çəkilişləri Mersində davam edən filmin fevral ayında ekranlara çıxarılacağı planlaşdırılır.



Әlaqәli Xәbәrlәr