Aman təklik əlindən
TRT 1 kanalı ilə canlı yayımlanan adlı konsert proqramında çıxışı zamanı türkiyəli sənətsevərlər tərəfindən alqışlarla qarşılanan Teyyub Aslanov yeni musiqi albomunu təqdim edir.
593773

Müasir dövr muğam sənətinin tanınmış ifaçısı, Azərbaycan Dövlət Qədim Musiqi alətləri ansamblının solisti Teyyub Aslanovun yeni musiqi albomu çıxıb. Xanəndənin söylədiyinə görə, “Aman təklik əlindən” adlı albomda eyniadlı xalq mahnısı, “Bayatı Kürd” muğamı, “Bayatı Şiraz” təsnifi, “Mahur” kompozisiyası ilə yanaşı bəstəsi Polad Bülübüloğluna məxsus “Dilin can incidəndir” mahnısı da yer alıb.
Nəfis tərtibatlı albomda xanəndəni əməkdar artistlər Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov(nağara), kamançada isə Elnur Mikayılov müşayiət edir.
Özünəməxsus ifa tərzi ilə dinləyicilərin qəlbinə yol tapan xanəndənin albomu muğam irsinə töhfə ilə yanaşı musiqisevərlərə də xoş anlar bəxş edəcək.
Qeyd edək ki, yaxınlarda Teyyub Aslanov pərəstişkarlarını solo konsertilə sevindirəcək.
Әlaqәli Xәbәrlәr

Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.