Bob Dylandan xəbər yoxdur

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bob Dylandan xəbər yoxdur.

592053
Bob Dylandan xəbər yoxdur

 1 milyon dollarlıq Nobel mükafatl qazandığı elan olunduqdan sonra bir neçə gün keçməsinə baxmayaraq Dylan Nobel Mükafat Komitəsi ilə heç bir əlaqə yaratmayıb.
 
 Komitə Bob Dylanla əlaqə yarada bilmədiklərini və artıq onu axtarmaqdan  vaz keçdiklərini bildirdi.
 
 Nobel mükafatları dekabrın 10-da İsveçin Stokholm şəhərində keçiriləcək mərasimdə sahiblərinə təqdim olunacaq.
 
 Ancaq Dylanın mərasimə qatılıb-qatılmayacağı bilinmir.
 
 Bob Dylan təkcə Nobel Akademiyasına deyil, ictimaiyyətə də Nobel haqqında heç bir açıqlama verməyərək səssizliyini qoruyur.
 
Müğənninin bu davranışı bəzilərinə görə məşhurlara xas  məsuliyyətsizliyin və inadkarlığın, bəzilərinə görə də öz yolunda, öz üslubunda olma israrının təzahürüdür.
 
 Dünya tarixində 68-lər olaraq tanınan dövrün səsi olan 75 yaşındakı Bob Dylan incəsənətin hər sahısində saysız mükafatlara layiq görülüb.
 
 Məşhur müğənni tərcümeyi-halında Türk əsilli olduğunu, ulu babalarının İstanbuldan Kağızmana, oradan da Trabzon və Odessaya köçdüklərini danışmışdı.



Әlaqәli Xәbәrlәr