Yunanıstanın paytaxtı Afinada Türkiyə Film Günlərinǝ start verilib

Türkiyənin Afina səfirliyi yanında Mədəniyyət və Tǝqdimat Müşavirliyinin təşkil etdiyi festivalın açılışına, sǝnǝtsevǝrlǝr, səfir Kərim Uras və aktyor Burak Özçivit qatılıb.

589450
Yunanıstanın paytaxtı Afinada Türkiyə Film Günlərinǝ start verilib

Türkiyǝnin Afinadakı sǝfiri Uras, Festivalın açılışı zamanı jurnalistlǝrǝ verdiyi açıqlamada, iki ölkǝ arasında körpülǝr salmaq üçün ǝlindǝn gǝlǝn sǝyi etdiyini,  lakin Afinadakı vǝzifǝ müddǝtinin sona çatdığını, tǝdbirin özü üçün dǝ önǝmli bir vida hədiyyəsi olduğunu vurğulayıb.

Aktyor Özçivit dǝ serialların iki ölkə arasında ǝlaqǝlirin güclǝnmǝsinǝ töhvǝ verdiyini ifadǝ edǝrǝk: “Yunanıstanda sizin evlərinizə qonaq oluruq. Bu da işimizin ǝhǝmiyyǝtini göstǝrir. Şəhəri gəzdim. Türk dilini bilən vǝ öyrǝnǝn insanlar olduğunu gördüm. Bunda  serialların  tǝsirli  olduğuna  inanıram”. 

Qeyd edǝk ki, 15 oktyabra dǝk davam edǝcǝk olan festival çǝrçivǝsindǝ Türkiyǝ kinosunun önǝmli filmlǝri nümayiş etdirilǝcǝk.

Özçivitin baş rolda oynadığı "Qardaşım Mənim" adlı filmin nümayişi ilǝ başlayacaq olan festivalda, Çağan Çayın “Unutursam Fısılda”, Əmin Alpǝrin “Təpənin Ardı”, Kaan Müjdǝcinin “Sivas”, Dǝrviş Zaimin “Balıq”, Tolga Karaçevikin “Sarmaşıq” və Nuri Bilgǝ Ceylanın Kann film mükafatına layiq görülmüş “Bir Zamanlar Anadoluda” adlı  filmlǝr davam edǝcǝk.



Әlaqәli Xәbәrlәr