TRT “İlin televiziyası” seçildi
Son illər reytinq rekordlarını qıran, serial və proqram istehsallarıyla diqqət çəkən TRT eyni zamanda 5 mükafata layiq görüldü.
Anadolu Yayımçılar Dərnəyi media mükafatlarının sahiblərini açıqladı. Türkiyənin qabaqcıl yayım şirkəti TRT beş ayrı-ayrı nominasiya üzrə mükafatlara layiq görüldü.*15 iyul gecəsi Türkiyənin gözü-qulağı TRT-dəydi. Millətin televiziyası qiyamçılar tərəfindən zəbt edilmiş, işçilər girov alınmış, silah gücünə quldur bəyanatı oxutdurulmuşdu. Amma xalq güllələrə sinə gərərək TRT-ni qiyamçılardan geri aldı. Buna görə 15 iyulda çevrilişə qarşı müqavimətin simvollarından olan TRT-yə “İlin televiziyası” mükafatı verildi. Sanballı layihələri TRT ekranlarına gətirmək işinə rəhbərlik edən TRT Baş direktor müavini İbrahim Eren isə ikinci dəfə "İlin televiziya meneceri" seçildi. TRT1 ekranlarında göstərilən “Sevda quşunun qanadında” serialı "İlin serialı" oldu. Nəsillərin hekayəsi olan bu serialda keçən əsrin 70-ci illərində baş verənlərə ilk dəfə milli dünyagörüşü baxışından nəzər salınır. Serial çevrilişlərə müqavimət mövzusunu əhatə edir.*Hər seriaysı reytinq rekordları qıran TRT1 ekranlarının vazgeçilməz serialı olan "Diriliş" də mükafata layiq görüldü. Yeni nəslə nümunə olan, milli şüuru ortaya qoyan serialın Həlimə xatunu Esra Bilgiç “İlin serial aktrisası” seçildi. 2009-cu ildən TRT-də göstərilən "Ömür dediyin" sənədli proqramı da mükafat qazandı.