15 İyul çevriliş cǝhdi ilǝ  ǝlaqǝli fotoşǝkil sǝrgisi

Anadolu Agentliyi (AA), Fǝtullahçi terror təşkilatı Paralel dövlət idarǝçiliyi (fǝto /PDY)-nin15 iyul zərbə təşəbbüsü ilǝ ǝlaqǝli fotoşəkil sərgisi açır.

577137
15 İyul çevriliş cǝhdi ilǝ  ǝlaqǝli fotoşǝkil sǝrgisi

Sǝrgi, Birləşmiş Millətlər Təşkilatının Cenevrədǝki Ofisinin qarşısında, vətəndaşlara istiqamətli silahlı zorakılığa qarşı mübarizəni işarələyən sınıq stul heykəlinin olduğu meydanda sabah açılacaq.

Sǝrginin açılış mərasiminə, ölkədəki səfirlər, konsullar, BMT nümayǝndǝlǝri, mətbuat mǝnsubları, insan hüquqları müdafiəçiləri qatılacaq. Sǝrgiyǝ böyük maraq olacağı proqnozlaşdırılır.

Sǝrginin açılışı ǝvvǝlindǝ ‘İnsan Hüquqları və inkişafında beynəlxalq ǝməkdaşlıq tǝşkilatı’ (International Alliance for Human Rights and Development) tǝrǝfindǝn “Türk demokratiyası çevrilişdǝn daha güçlü” başlıqlı konfrans təşkil edilǝcǝk.

Sərginin açılışının BMT İnsan Hüquqları Şurasının, insan hüquqları vəziyyətinin müzakirǝ edilǝcǝyi iclasın keçirilǝcǝyi günǝ tǝsadüf etmǝsi isǝ ayrı əhəmiyyət daşıyır. Bunun sǝbǝbi isǝ BMT İnsan Hüquqları üzrə Ali Komissarlığın, Türkiyədəki çevriliş cəhdindən 4 gün sonra verdiyi yazılı açıqlamada, çevriliş cəhdini qınamaqdan imtina etmiş  olması və Türk hökumətinə çevriliş sonrasında insan haqları pozuntuları etməməsi haqda çağırış vermǝsidir.  



Әlaqәli Xәbәrlәr