Tərsinə çevrilmiş dünya

Azərbaycan və İranın müştərək istehsalı olan “Tərsinə çevrilmiş dünya” kinofilmi yaxın günlərdə İran kinoteatrlarında fars və Azərbaycan dillərində nümayiş olunacaq

566819
Tərsinə çevrilmiş dünya

  Filmin rejissoru Ənvər Əbluç, operatoru Kənan Məmmədov, prodüserləri Sədra Əbdullahi və Müşfiq Hətəmovdur.

  “Tərsinə çevrilmiş dünya” bədii filmi detektiv janrda çəkilib, Azərbaycan və İran polislərinin bölgədə narkotik qaçaqmalçılara qarşı birgə mübarizəsindən bəhs edir.  

  Filmdə İran aktyorlarından Məhəmmədrza Forutən və Humayun İrşadi, Azərbaycan aktyorlarından isə Xalq artistləri Rasim Balayev, Fuad Poladov, o cümlədən aktrisa Günel Məmmədova və başqaları rol alıb.

  Prodüser Sədra Əbdullahinin növbəti bədii filmi Türkiyə və İranın birgə istehsalı olacaq.

  Çəkilişi gözlənilən yeni filmin mövzusu son illər bölgənin tragik hadisələrindən olan Suriya müharibəsindən bəhs edir. Filmin rejissoru Reza Siami, ssenari müəllifi Umut Yazar, prodüser isə "35 mm" firması və Ahmet Edebalıdır.

  Film bir suriyalı qadının qaçqın həyatını və onun Avropaya getmək cəhdini özündə əks etdirir. Çəkilişlər tamamilə Türkiyədə olacaq və filmdə ərəb, türk və iranlı aktyorlar rol alacaq.

 



Әlaqәli Xәbәrlәr