"Dəniz rəssamı" Mustafa Günen

Türkiyəli rəssam Mustafa Günen: " Mənim rəsmlərim realist rəsmlərdir" deyir.

566260
"Dəniz rəssamı" Mustafa Günen

 "Dəniz rəssamı" kimi tanınan Mustafa Günen rəsm dünyasının ən nüfuzlu  jurnallarından biri olan "International Artist Magazine"də ikinci dəfə yer aldı.
 
 Bəyəndiyi yerlərin kompozisiyanı, ümumi xarakterini  özündən də əlavələr edərək kətana köçürdüyünü bildirən Günen: " Fotoşəkil kimi görünən rəsmlər hiperrealist, mənim rəsmlərim isə realist rəsmlərdir" deyərək əsərlərini səciyyələndirir.
 
 Rəsmi çəkərkən görüntüsü və hərəkətləri ilə kompozisiyaya daxil olmaq lazım olduğunu vurğulayan Günen: "Məsələn, dalğaları çəkərkən həyəcanlanıram. O an "sanki dalğaların altında qalacağam" kimi hisslər yaşayıram. Mən təsirlənməsəm, başqası da təsirlənməz" deyir.
 
 



Әlaqәli Xәbәrlәr