Kazanda 12-ci Beynəlxalq Müsəlman Film Festivali başladı

Festivalda Türkiyəni animasiya janrında rejissor Burak Babayiğitin  "Qara" filmi, qısametrajlı sənədli film janrında isə rejissor Orxan Dədənin  "Lamorde" filmi  təmsil edəcək.

565514
Kazanda 12-ci Beynəlxalq Müsəlman Film Festivali başladı

12-ci Beynəlxalq Müsəlman Film Festivali Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazanda başladı.
 
 Festivalın açılışında İranlı rejissor Məcid Məcidinin "Məhəmməd-Allahın Elçisi" filminin mətbuat nümayişi oldu.
 
 Rusiya və dünya ictimaiyyətinin müsəlmanlar və İslam haqqında düzgün məlumatlandırılması və obyektiv fikir sahibi ola bilməsi məqsədilə həyata keçirilən festivalda bu il 33 ölkədən 60 film müsabiqəyə qoşulacaq.
 
Festivalda jürinin sədri rus rejissoru Aleksandr Proşkin, jüri  üzvləri isə Sıddıq Barmaq, Usman Sapparov, Yusup Razıkov və Valeriy Sevastyanov olacaqlar.
 
Sentyabrln 11-də sona çatacaq festivalda Türkiyəni animasiya janrında rejissor Burak Babayiğitin  "Qara" filmi, qısametrajlı sənədli film janrında isə rejissor Orxan Dədənin  "Lamorde" filmi  təmsil edəcək.



Әlaqәli Xәbәrlәr