İzmirdə kərpic daşlardan hörülmüş qədim kompleks tapılıb

Torbalıda yerləşən Metropolis Qədim Şəhərində aparılan arxeoloji qazıntılar zamanı dünyanın ən yaxşı qorunmuş kərpic daşlardan hörülmüş  tikinti aşkarlanıb.

557446
İzmirdə kərpic daşlardan hörülmüş qədim kompleks tapılıb

İzmirin Torbalı qəsəbəsində yerləşən Metropolis Qədim Şəhərində aparılan arxeoloji qazıntılar zamanı dünyanın ən yaxşı qorunmuş kərpic daşlardan hörülmüş  tikinti aşkarlanıb.

Hamam-palaestra kompleksinə aid kərpic daşların 1900 illik tarixi var. Bu günədək aparılan qazıntılarda Ellenizim dövrünə aid teatr, məclis binası, sütunlu qalereya, Roma İmperiyası dövründə inşa edilən iki hamam, mozaikalı salon, mağazalar, küçələr kimi antik şəhər quruluşunu göstərən kompleks məkanlar tapılıb.

Bundan başqa qazıntılarda əksəriyyəti Ellenizim və Roma dövrünə aid edilən keramika, sikkə, şüşə, arxitektura parçaları, heykəllər, sümük, fil dişi və mədən əsərlərdən ibarət 10 mindən çox qədim mədəniyyət nümunələri aşkar edilib.



Әlaqәli Xәbәrlәr