“Ben-Hur” filmi sentyabrın 9-dan etibarən vizionda

Məşhur akyor Haluk Bilginerin də heyətində yer aldığı Amerika istehsalı “Ben-Hur” filminin sentyabrın 9-dan etibarən viziona girəcək.

557426
“Ben-Hur” filmi sentyabrın 9-dan etibarən vizionda

Məşhur akyor Haluk Bilginerin də heyətində yer aldığı Amerika istehsalı “Ben-Hur” filminin sentyabrın 9-dan etibarən nümayişi başlanılır.

“Paramount Pictures” və “Metro-Goldwyn-Mayer Pictures”in ortaq çəkdiyi filmdə “Simonides” obrazını Haluk Bilginer canlandırır.

Ssenarisini Keit Klark və Con Ridleyin qələmə aldığı ekran işinin rejissoru “Wanted” və “Abraham Lincoln: Vampire Ovçusu” kimi filmləri çəkən qazax əsilli Timur Bekmambetovdur.

“Lew Wallace” eyni adlı romana istinad edən filmin yeni versiyasında Bilginerlə yanaşı Cek Huston, Rodrigo Santoro, Ayelet Zurer, Pilou Asbaek, Sofia Black d'Elia və Morgan Freeman kimi aktyorlar rol alıb.

Filmdə Roma ordusunda zabit olan, ögey qardaşı Messala tərəfindən haqsız bir şəkildə xəyanətdə günahlandırılan şahzadə Judah Ben-Hurun hekayəsindən bəhs edilir. Rütbəsi alınan, ailəsindən və sevdiyi qadından ayrı salınan Judah qul olmağa məcbur edilir. Dənizdə keçən illərdən sonra intiqam almaq üçün vətəninə dönən baş qəhrəmanın mübarizəsini görmək filmi izlədikdən sonra mümkün olacaq.

Filmin afişalarda Haluk Bilginerin canlandırdığı “Simonides" obrazı da yer alır.



Әlaqәli Xәbәrlәr