Azərbaycanlı aktyor yeni çəkiləcək filmə dəvət alıb

Azərbaycanlı aktyor Kamran Ağabalayev yeni çəkiləcək türk filminə dəvət alıb.

552737
Azərbaycanlı aktyor yeni çəkiləcək filmə dəvət alıb

Azərbaycanlı aktyor Kamran Ağabalayev yeni çəkiləcək türk filminə dəvət alıb.

AZƏRTAC-ın internet saytında yer tutan xəbərə əsasən, aktyor “Atçalı Kel Mehmet” adlı filmdə əsas rollardan biri olan Kara Efe obrazını canlandıracaq.

Film tarixi dram janrındadır və Türkiyənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə ekranlaşdırılacaq.  Filmdə tanınmış türk aktyorları Gökhan Keser, Şeyma Burcu Gül, Cemal Ünal, Mehmet Polad da yer alacaq.

Filmin çəkilişlərinə sentyabrda start veriləcək.

Qeyd edək ki, Atçalı Kel Mehmet Efe XVIII əsrin məşhur türk qəhrəmanlarından biridir.



Әlaqәli Xәbәrlәr