Şahrux Xan ABŞ-da saxlanıb

Dünya şöhrətli Bollivud aktyoru Şahrux Xan Los-Anceles hava limanında pokemon tutarkən saxlanılıb.

550659
Şahrux Xan ABŞ-da saxlanıb

Atkyor “Twitter” səhifəsində yazıb ki, “Gecə Miqrasiya xidmətinin əməkdaşları tərəfindən dindirildim. Dünyada təhlükəsizlik mǝqsǝdiylǝ görülǝn tǝdbirlǝri vǝ bu çǝrçivǝdǝ atılan addımlara hörmət etdiyim üçün, bunu adi qarşılayıram. Lakin hər dəfə Amerika Miqrasiya xidməti tərəfindən saxlanılmaq məni təngə gətirir”.

Aktyorun sözlərinə görə, vaxt keçirmək üçün o məşhur oyunu oynamaq -pokemon tutmaq istəyib. Lakin hind kinosuna bələd olmayan hava limanın əməkdaşlarından biri atkyorun hərəkətlərini şübhəli bilib və bu barədə mühafizəçilərə məlumat verib. Buna görǝ dǝ Kino ulduzu həbs edilib və dindirilib. 

Qeyd edǝk ki, ABŞ dövlǝt katibliyinin Cənubi və Mǝrkǝzi Asiyadan məsul xarici işlər nazirinin müavini Nisha Biswal, Hindli aktyora Twitter hesabından verdiyi cavabda, belǝ hadisǝ ilǝ qarşılaşmağınızdan kǝdǝr duydum deyib. Hindli aktyor, 2012-ci ildə tǝlǝbǝlǝrǝ konsert vermək üçün bir qrup məşhur hind aktyorları gǝtirǝn zaman da saxlanılıb. Həmin vaxt aktyoru 2 saata yaxın dindiriblər. Onlar Şahrux Xanı viziual görünüşü və müsəlman adına görə şübhəli bilirlər. Hindistan kinosunun ən sevilən aktyorlarından olan və “Bollivudun Kralı” olaraq xarakterizə edilən Xan, aralarında “My Name Is Khan”, “Ra.One” və “Don 2”nin də olduğu 80-dən çox filmdə rol alıb.



Әlaqәli Xәbәrlәr