Türklərin ən qədim döyüş oyunu

Orta Asiyada oynanılan və türklərin ən qədim döyüş oyunu kimi tanınan “Kök börü” oyununun Türkiyənin Van və Antalya şəhərlərində geniş təbliğ olunması nəzərdə tutulur.

542328
Türklərin ən qədim döyüş oyunu

Orta Asiyada oynanılan və türklərin ən qədim müharibə oyunu kimi tanınan “Kök börü” oyununun Türkiyənin Van və Antalya şəhərlərində geniş təbliğ olunması nəzərdə tutulur.

 Anadolu xəbər agentliyinin məlumatına əsasən, məqsəd ölkə daxilində həyata keçirilən toy mərasimlərində, o cümlədən yarmarka və müxtəlif tədbirlərə qoşularaq bu ənənəvi oyunu həm oynamaq, həm də gələcək nəsillərə çatdırmaqdır.

Qədim türklər bu oyunu müharibə vaxtlarında evdə qalan gənclərin döyüş qabiliyyətini və at üzərindəki hünərlərini itirməməsi üçün praktik olaraq tətbiq edib.

Türklərin ən qədim müharibə oyunu zaman keçdikdən sonra toylarda oynanmağa başlanılaraq sonradan ənənəvi hal alıb.

Bu oyun hazırda ən canlı olaraq Qırğızıstan və Qazaxıstanda oynanılır.

Ulupamir Kök Börü İdman klubunun baş katibi və həmin zamanda komandanın kapinatı Ümit Çağlar oyunun necə oynandığına dair məlumat verərək “Kök börü”nün gələcək nəsillərə çatdırılması üçün dəstək gözlədiklərini ifadə edib.



Әlaqәli Xәbәrlәr