İstanbulda “Dənizdə Caz-2016” festivalı başlayır

İyulun 22-də İstanbulda “Dənizdə Caz-2016” adlı festival başlayır.

529956
İstanbulda “Dənizdə Caz-2016” festivalı başlayır

İyulun 22-də İstanbulda “Dənizdə Caz-2016” adlı festival başlayır.  İlham Gencer Kvartetinin  konsertiylə start veriləcək festival artıq 3-cü dəfədir təşkil olunur. Caz musiqiçiləri “The Primetime Cruise” gəmisində səhnə alacaq. Konsertlər İstanbul Boğazı gəzintisiylə reallaşacaq. Quruçeşmə sahilindən qalxacaq gəmidəki konsertlər avqustun 5-də “Four in the Pocket”, ayın 19-da Selen Gülün “Trio” konsertiylə davam edəcək. Musiqili tədbirlər sentyabrın 3-də Fərid Odman Kvartetinin konsertiylə başa çatacaq.



Әlaqәli Xәbәrlәr