Şimal Qütbünə mərsiyə
Məşhur italiyalı bəstəkar və pianoçu Ludoviko Einaudi Şimal Qütbündə qlobal istiləşmə və neft axtarış fəaliyyətlərilə bağlı təbii həyatın məhv edilməsinə qarşı çıxmaq üçün piano çaldı
515949

“Greenpeace”in dəvətiylə Şimal Qütbünə gedən Einaudi üçün üzən platforma üzərində piano yerləşdirilib və o, xüsusi bəstələdiyi "Şimal Qütbü üçün ağı” əsərini ifa edib.
Einaudi əsərini dünya səviyyəsində buzlaqların qorunması üçün hərəkətə keçən 8 milyon insandan ilhamlanaraq yazdığını söyləyib.
Qeyri-adi yaradıcılıq gecəsi "Şimal Qütbünü qoruyun!" mesajı ilə sona çatıb.