"Deadly Skies - Air War 1914-1918" sərgisi Osmanlı pilotlarına aid bölümlə açıldı

Kanadanın paytaxtı Ottavada Kanada Müharibə Muzeyində açılan "Ölümcül Səmalar - Hava Döyüşləri 1914 - 1918" adlı sərgi ilk dəfə Osmanlı pilotlarına aid bölümlə açıldı.

508574
"Deadly Skies - Air War 1914-1918" sərgisi Osmanlı pilotlarına aid bölümlə açıldı


  Kanadanın sözügedən dövrdəki hava döyüş gücünü igöstərmək üçün açılan sərgiyə Türkiyədən Xarici İşlər Nazirliyi, Türkiyə Silahlı Qüvvələriin Baş Qərargahı və Hava Qüvvələri Komandanlığı dəstək verdi.
 
 Sərgidə açılış nitqi ilə çıxış edən Kanada Müharibə Muzeyinin baş direktoru Stefan Quick səfirlik vasitəsilə Türkiyəyə sərgiyə verdiyi töhfələrə görə, xüsusilə Osmanlı pilot formasının nümayiş etdirilməsi üçün muzeyə verilməsinə görə təşəkkür etdi.
 
 Türkiyənin Ottavadakı səlahiyyətli  səfiri Səlcuq Ünal və Ottava Hərbi Attaşesi polkovnik Ersin Özkanın da açılışında iştirak etdikləri sərgidə Birinci Dünya Müharibəsi və Qurtuluş Savaşı qəhrəmanlarından Kapitan Fazilin bərpa olunan forması da nümayiş olunur.
 
 Kapitan Fazilin mundiri sərginin girişində, həmin dövrdə kanadalı pilotların geyindiyi forma və Birinci Dünya Müharibəsində hava döyüşlərinin təsvir olunduğu yağlıboya ilə çəkilmiş tablo ilə birlikdə nümayiş olunur. Hava döyüşləri tarixinə Böyük Fazil Əfsanəsi adı ilə həkk olunan Kapitan Fazilin forması və hekayəsi sərgidə böyük marağa səbəb olur.
 
 Sərgidə Birinci Dünya Müharibəsində iştirak etmiş təyyarəçilərin hekayələri, hər yaş qrupuna xitab edəcək şəkildə komiks və qrafik dizayn üslubunda təqdim olunur.
 
 "Deadly Skies - Air War 1914-1918 (Ölümcül Səmalar - Hava Döyüşləri 1914 - 1918)" sərgisi 29 Yanvar 2017 tarixinə qədər açıq olacaq.



Әlaqәli Xәbәrlәr