Leonardo DiCaprio Mövlanə Cəlaləddin Ruminin obrazını canlandıracaq

"Oscar" mükafatı almış məşhur aktyor Leonardo DiCaprio Mövlanə Cəlaləddin Ruminin obrazını canlandıracaq.

506519
Leonardo DiCaprio Mövlanə Cəlaləddin Ruminin obrazını canlandıracaq

  XIII əsrdə yaşayan İslam və təsəvvüf dünyasının məşhur şairi, mütəfəkkiri və mütəsəvvifi Cəlaləddin Ruminin hayatından bəhs edən "Rumi" filmi üçün hazırlıqlar başladı.
 
Möhtəşəm layihənin ssenarisini 5 "Oscar" makafatı almış "Gladiator" filminin ssenari müəllifi David Franzoni qələmə alacaq.
 
 Filmin prodüserlərindən biri Stephen Joel Brown məqsədlərinin sufi mədəniyyətini kinematoqrafiya yolu ilə Qərbə tanıtmaq olduğunu dedi.
 
  Franzoni Mövlana haqqında: "Qeyri-adi istedadı ilə içində yaşadığı cəmiyyət üçün fövqəladə əhəmiyyəti olmuşdur. Belə insanlar hər zaman öyrənilməyə dəyər. Eyni zamanda, Mövlanə hazırda Amerikada da çox populyardır" ifadələrini işlətdi.
 
Layihənin ön hazırlıqları üçün keçən həftə İstanbula gələn  Brown və Franzoni daha sonra Konyaya gəldilər. 
Onlar Filmin sürprizlərindən də bəhs edərək: "Mövlanəni Leonardo DiCaprionun, onun sevimli müəllimin Şəmsi Təbrizini isə Robert Downey Jr.-in oynamasını istəyirik" dedilər.
 
 Filmin çəkilişlərinə gələn il başlanması planlaşdırılır
 



Әlaqәli Xәbәrlәr