Osmanlı səltənət çadırı

Almaniyanın Gelzenkirxen şəhərində olan "Gaudium 2016" festivalı çərçivəsində "Osmanlı səltənət çadırı" qurulub

504357
Osmanlı səltənət çadırı

  Mədəniyyətlərarası Musiqi və Səhnə Sənətləri İnstitutunun (INIMB) əsas təşkilatçılığıyla təşkil edilən festivalda "Schloss Horst" qalasının bağçasında qurulan çadırda Osmanlı dövründəki sultan, ailəsi, vəzirləri, xidmətçibaşı (kalfa) və yeniçərilərin gündəlik həyatda geyindiyi kostyumlar insanların üzərində canlandırılıb.

  INIMB İdarə heyətinin sədri Bircan Şimşek festivalda cəngavərlərdən tutmuş dövrün əl sənəti məhsullarına, orta əsrlərdən tutmuş intibah (renesans) dövrünə qədər olan bir zaman körpü atdıqlarını söyləyib.

  Osmanlı dövründəki gündəlik həyatı bu günlərə daşımağı məqsəd qoyduqlarını bildirən Şimşək festivalla bağlı bunları da deyib ki: "Bu festival Gelsenkirchen Bələdiyyəsi Mədəniyyət İşləri İdarəsi və “Förderverein Schloss Horst” Dərnəyi tərəfindən təşkil edilib, “Bürgerstiftung Gelsenkirchen” tərəfindən də dəstəklənib. Festival bazar günü də açıq olacaq. Giriş pulsuzdur və hər kəs dəvətlidir".

  Festivala gələnlərə Osmanlı mətbəxindən şərbət və simit də ikram edilir.

 



Әlaqәli Xәbәrlәr