Justın Bieberdən argentinalı heyranlarına bəd xəbər

Kanadalı pop müğənnisi Justın Bieber, barəsində başladılan istintaq səbəbindən mart ayında start götürdüyü dünya turniri çərçivəsində Argentinaya getməyəcəyini bildirdi.

492341
Justın Bieberdən argentinalı heyranlarına bəd xəbər

 "Twitter"hesabından açıqlama verən Bieber Argentinaya getməyi çox istəməsinə baxmayaraq vəkillərinin bu ölkədə konsert verməyi məsləhət görmədikləri barədə məlumat verərək: "Əgər vəziyyət dəyişsəydi gəlməyi çox istərdim, ancaq bu dəfə gəlməyəcəyəm" ifadəsini işlətdi.

Qeyd edək ki, məşhur müğənni 2013-ci ildə Buenos Airesdə bir gecə klubunun yanında  fotoqraf Dieqo Pesoanı iki qoruyucusuna döydürməkdə  günahlandırılmışdı.

Lakin iyul ayında Argentina məhkəməsi Bieber haqqında 2013-cü ildə çıxarılan həbs qətimkan tədbirini ləğv etmişdi.

Buna baxmayaraq Bieber haqqındakı ittihamlar davam edir.

Məhkəmə mənbələrindən alınan məlumata görə Bieberın hadisə haqqında ifadəsinin alınması üçün tarixin müəyyən olunması gözlənilir.



Әlaqәli Xәbәrlәr