Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qızının toy mǝrasimi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan və Selçuk Bayraktarın dünǝn toy mǝrasimi oldu.

491025
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qızının toy mǝrasimi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan və Selçuk Bayraktarın dünǝn toy mǝrasimi oldu.

 İstanbuldakı nikah mǝrasimindǝ ölkǝ daxilindǝn və xaricindən 6 min dəvətli iştirak edib.

 Cütlüyün nikah şahidliyini Türkiyǝ Böyük Millǝt Mǝclisinin sədri İsmayıl Kahraman, Baş nazir Əhməd Davudoğlu, 11-ci Dövlǝt başçısı Abdullah Gül, Baş Qərargah Rəisi ordu generalı Hulusi Akar, Bosniya və Herseqovina Prezident Şurasının sədri Bakir İzzetbegoviç, Pakistan Baş naziri Navaz Şərif, Albaniya Baş naziri Edi Rama ilə Livanın sabiq Baş naziri Saad Hariri edib.

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan nikahın ardından qısa, amma emosional bir çıxış edib. Ərdoğan deyib ki, Sümeyyeyə uşaq yaşlarında ceyranım deyərdim. Gözümün nuru deyərdim. İndi bir ceyran kimi yuvadan ayrılır.



Әlaqәli Xәbәrlәr