Los-Ancelesda “A Night of Turkish Delight” Türk lokumu (rahǝtülhülqum) gecəsi

67 ildir keçirilən bu xüsusi tǝdbirǝ Türkiyə 30 il fasilǝdǝn sonra ikinci dəfə ev sahibliyi edib.

488680
Los-Ancelesda “A Night of Turkish Delight” Türk lokumu (rahǝtülhülqum) gecəsi

 Dünya şöhrǝtli Los-Anceles Filarmoniya orkestri beynəlxalq komitəsi Los-Ancelesda “A Night of Turkish Delight” Türk lokumu (rahǝtülhülqum) gecəsi adı ilə görkəmli bir tǝdbir təşkil etdi.

67 ildir keçirilən bu xüsusi tǝdbirǝ Türkiyə 30 il fasilǝdǝn sonra ikinci dəfə ev sahibliyi edib. Aylardır hazırlıq fǝaliyyǝlǝri davam edǝn tǝdbirǝ 15 Türk sǝnǝtçi qatılıb.

Türkiyǝnin Los-Ancelesdakı Baş konsulu Gülru Gǝzǝrin dǝ iştirakı ilə gerçəkləşən tǝdbir musiqiçi Burak Beşir və fotoqraf Mert Türkoğlunun xüsusi olaraq hazırladığı Türkiyǝni tanış edǝn video çarxla başlayıb. Türk ləzzətləri ilǝ mədəniyyətimiz, incəsənətimiz və sǝnǝtçilarimiz tanıdılıb.

Təntənəli gecəyə hǝmçinin 15 ölkǝnin baş konsulları vǝ diplomatları da qatılıb.

Tədbirdə səma nümayişi (mövləvi mərasim) xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. 



Әlaqәli Xәbәrlәr