Azərbaycanın Gənc Tamaşaçılar Teatrı Trabzonda keçirilən teatr festivalında iştirak edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Trabzonda keçirilən XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında iştirak edib.

485680
Azərbaycanın Gənc Tamaşaçılar Teatrı Trabzonda keçirilən teatr festivalında iştirak edib

 Teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə təmsil olunan teatr Matey Vişnekin “Qoca kloun” tamaşası ilə çıxış edib.

May ayının 2-dən start götürən festivalın açılış mərasimində Ankara Dövlət Teatrının aktyorlarının ifasında “Nəşə, Dərd, Eşq” adlı tamaşa nümayiş etdirilib.

Gənc Tamaşaçılar Teatrı festivalın diplomu və xüsusi mükafatına layiq görülüb. 



Әlaqәli Xәbәrlәr