600 illik Tövrat ələ keçirildi
İstanbulda balina dərisi üzərində işlənmiş 600 illik Tövrat ələ keçirilib.
İstanbulda balina dərisi üzərində işlənmiş 600 illik Tövrat ələ keçirilib.
Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları balina dərisi üzərində işlənmiş təxminən 600 illik tarixi olan Tövratı internet vasitəsilə 5 milyon dollara satmaq istəyən Suriya əsilli bir nəfəri ələ keçirib.
Polis əməkdaşları müştəri qismində həmin satıcı, vəkil Osama Əli Taha ilə əlaqə yaradıblar. Polislər əsəri görmək istədiklərini bildirdikdə satıcı təxminən 600 illik yaşı olan Tövrata aid fotoşəkil və videogörüntüləri polis qruplarına göndərərək 5 milyon dollar istəyib.
Polis deyilən qiymətlə razılaşdıqlarını bildirərək Osama Əli Taha ilə görüş təyin ediblər. Taha Sultanəhməddəki otellərin birində polislərlə görüşdüyü vaxt saxlanılıb. O, sağlamlıq yoxlanışından keçirildikdən sonra dindirilmək üçün Qaçaqmalçılıqla Mübarizə Şöbəsinə aparılıb.
Şübhəli şəxs ilk ifadəsində təxminən 600 illik yaşı olan Tövratın ailəsinə məxsus olduğunu iddia edərək Suriyadan Türkiyəyə qaçaq yollardan gətirdiyini söyləyib.
Topqapı Sarayı Muzeyinin işçiləri tarixi Tövrat üzərində apardıqları ilkin araşdırmada əsərin orijinal olduğunu təsbit ediblər.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...
Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi
Bu barədə Edinburq Universitetinin yaydığı bəyanatda bildirilib.