İstanbulda ən qədim Quran-i Kərim nüsxələri sərgilənir.
1917-ci ildə Suriyanın paytaxtı Dәmәşqdә Əməvi Məscidində baş verən yanğın zamanı məhv olmaqdan xilas olan Quran-i Kərimin Kufi xətti ilə yazılmış nüsxələri Türk və İslam Əsərləri Muzeyində sərgilənir.




1917-ci ildə Suriyanın paytaxtı Dәmәşqdә Əməvi Məscidində baş verən yanğın zamanı məhv olmaqdan xilas olan Quran-i Kərimin Kufi xətti ilə yazılmış nüsxələri "Möcüzə kitabın möhtəşəm xətti: Kufi" başlığı altında Türk və İslam Əsərləri Muzeyində sərgilənir.
Kufi yazı növündə ən geniş əhatəli sərgiyə 94 ədəd Quran nüsxəsi təqdim olunub.
Türk və İslam Əsərləri Muzeyinin direktoru Seracəddin Şahin bildirib ki, sərgidə Quranın xəlifə zamanından tutmuş Abbasi, Məmlük, Səlcuqlu və Osmanlı dövrünə aid çox zəngin arxivi nümayiş etdirilir.
Sərgi mayın 30-dək ziyarətçilərin üzünə açıq olacaq.
Kufi yazısının mənasına gəlincə, ərəb yazısının düz və bucaqlı xəttlərlə yazılan qədim bir formasıdır və İslamiyyətin mövcud olduğu ilk əsrlərdə "himyeri" əifbasının dəyişməsilə yaranan dik, sərtbucaqlı bir yazı növü olaraq tanınır.