Anadolu Xəbər Agentliyinin seçdiyi fotoşəkillər Pulitzer mükafatı alır

Anadolu Xəbər Agentliyinin bu il ikinci dəfə təşkil etdiyi "İstanbul Photo Awards 2016" müsabiqəsinin ilk sərgisi Ankara Cer Müasir Sənətlər Mərkəzində açıldı.

478880
Anadolu Xəbər Agentliyinin seçdiyi fotoşəkillər Pulitzer mükafatı alır

   Müsabiqənin ən əhəmiyyətli tərəfi birinci seçilən fotoşəkillərin iki ildir ki, dünyanın ən nüfuzlu mükafatları arasında sayılan Pulitser mükafatına layiq görülməsidir.

  Türk Hava Yollarının sponsorluğu, Baş Nazirin Təqdimat Fondunun dəstəyi ilə keçirilən müsabiqədə suriyalı fotoqraf Abd Doumanynin "Suriyalı Uşaqların Yardım Harayı" adlı fotosu beynəlxalq jüri tərəfindən "İlin Fotosu" mükafatına layiq görüldü.

  Suriyalı qaçqınların dramını anladan "Qaçqınlar" adlı foto ilə birincilik mükafatını alan Sergey Ponomarev də Pulitzer mükafatını də qazanmışdı.

  Yenə Anadolu Xəbər Agentliyi tərəfindən "İlin Fotosu" seçilən xəbər şəkli də sonra Pulitzer mükafatına layiq görüldü.

Anadolu Xəbər Agentliyinin dünyaya şahidlik edən hüzünlü müharibə şəraitini əks etdirən fotoları canlı nümunələri ilə gələcək nəsillərə ötürüləcək mühüm sənədlərdir.

  Sərgi mayın 1-nədək açıq olacaq.

 

 

 



Әlaqәli Xәbәrlәr